Bakıda kişi qadının pullarını oğurladı
19 yanvar 2023 11:51 (UTC +04:00)

Bakıda kişi qadının pullarını oğurladı

Bakıda qadının bank hesabından pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanvarın 18-də paytaxt sakini olan bir qadının bank hesabından 1020 manatı oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Rəsul Baxışlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1536
avatar

Oxşar yazılar