Bakıda iki “Toyota Prius” toqquşdu, sərnişin... - FOTO
13 iyul 2022 04:31 (UTC +04:00)

Bakıda iki “Toyota Prius” toqquşdu, sərnişin... - FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, Elman Ağayev idarəetməsində olan “Toyota Prius” markalı avtomobillə işıqforla tənzimlənən yolayrıcından keçmək istəyərkən eyni markalı maşınla toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Avtomobillərin birində olan sərnişin isə yüngül xəsarət alıb.

Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Nurlan Əli

# 2055
avatar

Oxşar yazılar