Bakıda evlərdən 16 min pul, 15 minlik qızıl OĞURLANDI
27 iyul 2022 12:47 (UTC +04:00)

Bakıda evlərdən 16 min pul, 15 minlik qızıl OĞURLANDI

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 16.170 manat pul və 7.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

DİN-dən Lent.az-a verilən məlumata görə, şübhəli bilinən İsmayıllı rayon sakini İ.Zərbalıyev saxlanılıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlandığı məlum olub. Şübhəli bilinən Bakı şəhər sakini Y.Allahverdiyeva saxlanılıb. 

Hər iki oğurluq hadisəsi ilə bağlı araşdırma aparılır.

# 2391
avatar

Aytəkin Cəlali

Oxşar yazılar