Bakıda evdə daha bir meyit aşkarlandı
30 may 2022 17:47 (UTC +04:00)

Bakıda evdə daha bir meyit aşkarlandı

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 73 yaşlı Surkova Taisa Savelovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
 

# 1956
avatar

Oxşar yazılar