Bakıda əcnəbinin  külli miqdarda pulu   OĞURLANDI
03 iyun 2022 11:23 (UTC +04:00)

Bakıda əcnəbinin külli miqdarda pulu OĞURLANDI

Azərbaycanda xarici vətəndaşın pulu oğurlanıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə rayon ərazisindəki hostellərin birində əcnəbi vətəndaşın çantasından 6 min dollar oğurlanması barədə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş O.Abdullayev müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.

# 2871
avatar

Oxşar yazılar