Bakıda dava düşdü, gənc oğlan  ürəyindən bıçaqlandı
07 noyabr 2022 05:05 (UTC +04:00)

Bakıda dava düşdü, gənc oğlan ürəyindən bıçaqlandı

Bakının Nizami rayonunda bir nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Hüseynov Ziya Cabir oğlu naməlum şəxslərlə dava zamanı ürəyindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

# 2067
avatar

Oxşar yazılar