Bakıda binada  PARTLAYIŞ   - Polis öldü -  VİDEO</sp an> -  YENİLƏNİB
02 yanvar 2023 18:25 (UTC +04:00)

Bakıda binada PARTLAYIŞ - Polis öldü - VİDEO - YENİLƏNİB

Partlayışın hansı mənzildə baş verdiyini demək hazırda çətindir.

Lent.az APA-ya istinadal xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

 “Çünki bütün mənzillər dağılıb. İstintaqdan sonra partlayışın dəqiq harda baş verdiyi məlum olacaq. Bizdə olan məlumata görə, zərbə dalğası bir nəfəri aşağı atıb. Böyük ehtimalla həmin şəxs partlayış baş verən mənzildə olub. Həmin mənzilin hansı olduğu isə istintaq yolu ilə müəyyənləşdiriləcək. Həm bizim əməkdaşlarımız, həm də digər əlaqədar şəxslər binada çalışır. Yanğınsöndürənlərimiz dağıntıları təmizləməklə məşğuldur”, - Ə.Novruzov bildirib

***

17:46

Binəqədi rayonunda 18 mərtəbəli binada partlayışda həyatını itirən şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a  verilən xəbərə görə, o, polis nəfəri Məhəmməd Babayev olub.

M.Babayev polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.

***

17:30

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Lent.az FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, on səkkiz mərtəbəli yaşayış binasının on səkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

***

17:15

Binəqədi rayonunda baş verən partlayış “Şaiq MTK”ya məxsus binanın 17-ci mərtəbəsində qeydə alınıb.

Lent.az APA-ya istinadla bildirir ki, ilkin məlumata əsasən, partlayış mənzildə qaz sızmasından partlayış baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

***

16:18

Bu gün saat 16 radələrində Binəqədi rayonu, S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.

Əlavə məlumat veriləcək.

Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada partlayış olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib.

Hadisənin səbəbi araşdırılır.

 

 

 

 

Bakıda binada partlayış

# 10743
avatar

Oxşar yazılar