Bakıda bankın mühafizəçisinə  HÜCUM
09 mart 2023 02:55 (UTC +04:00)

Bakıda bankın mühafizəçisinə HÜCUM

Bakının Nərimanov rayonunda mühafizəçi döyülüb.

Lent.az xəbər verir ki, hadisə Təbriz küçəsi 94 ünvanında qeydə alınıb.

Belə ki, “Unibank”ın əməkdaşı 1994-cü il təvəllüdlü Bağırov Lətif İsmayıl oğlu işdə olan zaman qəfil naməlum şəxslərin hücumuna məruz qalıb.

O döyülərək ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Nurlan Əli

# 4386
avatar

Oxşar yazılar