Bakıda AĞIR QƏZA : “Gelandewagen” ilə polis avtomobili toqquşdu - polis yaralanıb -VİDEO
26 oktyabr 2021 09:34 (UTC +04:00)

Bakıda AĞIR QƏZA: “Gelandewagen” ilə polis avtomobili toqquşdu - polis yaralanıb -VİDEO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın  məlumatına görə, hadisə Ağ Şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan “Gelandewagen” markalı avtomobil Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidmətinə (PPX) məxsus avtomobilə çırpılıb. Qəza nəticəsində avtomobildə olan polis əməkdaşı xəsarət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə bu gün gecə saatlarında qeydə alınıb. Qəza nəticəsində xəsarət alanın olduğu vurğulanıb: "Yol nəqliyyat-hadisəsinin baş verməsi barədə məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin əməliyyat-istintaq qrupunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Xəsarətin dərəcəsindən asılı olaraq hüquqi qiymət veriləcək".

# 4482
avatar

Mehman Nəbiyev

Oxşar yazılar