Bakıda 65 yaşlı kişini borclandığı şəxs bıçaqladı
20 yanvar 2023 08:25 (UTC +04:00)

Bakıda 65 yaşlı kişini borclandığı şəxs bıçaqladı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə metronu "Nizami" stansiyasının qarşısındakı parkda qeydə alınıb.

Belə ki, paytaxt sakini 1958-ci il təvəllüdlü Babayev Oqtay Muxtar oğlu pul borcu olduğu şəxslə mübahisə edib.

Mübahisə zamanı O.Babayev bıçaqlanıb.

Yaralı bədənin müxtəlif sahələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

# 1761
avatar

Oxşar yazılar