Bakıda 21 yaşlı oğlan  özünü dənizə atıb   öldürdü -  YENİLƏNİB
18 mart 2023 19:07 (UTC +04:00)

Bakıda 21 yaşlı oğlan özünü dənizə atıb öldürdü - YENİLƏNİB

21 yaşlı Xəyal Məmmədovun meyitinin Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə aşkarlanması ilə bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, mərhumun intihar etməsi ehtimal olunur.

***

17:31

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, meyitin dənizdən çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

# 3582
avatar

Oxşar yazılar