Bakı sakini Siyəzəndə "patı" ilə tutuldu
21 iyul 2022 17:17 (UTC +04:00)

Bakı sakini Siyəzəndə "patı" ilə tutuldu

Siyəzən rayonunda polis əməkdaşları avtomobildən küllü miqdarda narkotik vasitə tapıb.

Lent.az xəbər verir ki, hadisə  iyulun 19-da saat 14 radələrində Siyəzən rayonu ərazisində baş verib.

Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılan “Opel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Ramal Zamanovun narkotik vasitə qəbul etməsi müəyyən edilib. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.1-ci maddələri ilə protokol tərtib olunub. Avtomobildə narkotik vasitəyə bənzər kütlə aşkar edildiyindən o, Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilib. Avtomobilə baxış zamanı oradan metamfetamin(patı) aşkar olunaraq götürülüb.

# 1326
avatar

Nigar Namiq

Oxşar yazılar