Bakı metrosunda işıqlar SÖNDÜ
14 noyabr 2022 12:46 (UTC +04:00)

Bakı metrosunda işıqlar SÖNDÜ

Bakı metrosunda qatarların hərəkətində gecikmə olub. 

Lent.az xəbər verir ki, gərginlik düşməsi nəticəsində "Avtovağzal" stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.

4 dəqiqədən sonra işıqlanma bərpa olunub. Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir.

Hadisənin səbəbləri araşdırılır. 

# 2439
avatar

Fidan İlqar

Oxşar yazılar