“Azərsun Holding” yanğınla bağlı məlumat yaydı
28 aprel 2022 21:38 (UTC +04:00)

“Azərsun Holding” yanğınla bağlı məlumat yaydı

“Azərsun Holding” Sumqayıtda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Lent.az-ın xəbərinə görə, məlumat şirkətin rəsmi “Facebook” səhifəsində paylaşılıb.

Qeyd olunub ki, “Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın qısa zamanda ətrafa yayılıb.
Ərazidə çalışan əməkdaşların hamısı təxliyyə edilib. Hazırda FHN tərəfindən yanğının qarşısının alınması üçün zəruri addımlar atılır. Hadisə ilə bağlı ətraflı açıqlama veriləcəkdir.

# 2781
avatar

Oxşar yazılar