"Azərişıq"a işə düzəldəcəm deyib, pulunu alıb YOXA ÇIXDI
04 iyun 2022 19:35 (UTC +04:00)

"Azərişıq"a işə düzəldəcəm deyib, pulunu alıb YOXA ÇIXDI

Dələduzluqda şübhəli bilinən Rəşad Salayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Mahirə Kərimovanın icraatına verilib.

Əldə etdiyimiz məlumata görə R. Salayevin dələduzluq əməlindən bir zərərçəkmiş var. Belə ki, R.Salayev İ.Əsədovu “Azərişıq”a işə düzəlmək vədi verib. Bu məqsədlə o zərərçəkmişindən 9 min manat alıb. Ancaq sonradan yoxa çıxıb.

Aldanıldığını görən İ. Əsədov hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda iş hakim M. Kərimovanın icraatına araşdırılır.

# 1566
avatar

Mehman Nəbiyev

Oxşar yazılar