"Azəriqaz"ın boruları oğurlandı
07 noyabr 2022 15:26 (UTC +04:00)

"Azəriqaz"ın boruları oğurlandı

"Azəriqaz" İstehsalat Birliyindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayonu Ə.Qayıbov küçəsində qurumun 2000 manat dəyərində dəmir boruları oğurlanıb.

Bu barədə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Zaur İmamquliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1476
avatar

Oxşar yazılar