Azərbaycanda  yeniyetmə qız   doğuş zamanı öldü -  YENİLƏNİB
06 noyabr 2022 16:17 (UTC +04:00)

Azərbaycanda yeniyetmə qız doğuş zamanı öldü - YENİLƏNİB

Kürdəmirdə yeniyetmənin doğuş zamanı vəfat etməsi ilə bağlı cinayət işi başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, noyabrın 6-sı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 17 yaşlı Şəbinur İsayevanın qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

***

15:42

Kürdəmirdə yeniyetmə doğuş zamanı vəfat edib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Məlumata görə, 17 yaşlı Şəbnur İsmiyeva noyabrın 5-də doğuş zamanı dünyasını dəyişib.

Şəbnur İsmiyeva bir il əvvəl kənd sakini ilə evlənib. Lakin onların rəsmi nikahı olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 5148
avatar

Oxşar yazılar