Azərbaycanda şagird məktəbdə ÖZÜNÜ ASDI
04 oktyabr 2022 12:11 (UTC +04:00)

Azərbaycanda şagird məktəbdə ÖZÜNÜ ASDI

Azərbaycanda məktəbdə intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Kültəpə kənd orta məktəbində baş verib.

Orada təhsil alan, 10-cu sinif şagirdi Nəcəfov Xəyal Sərxan oğlu sinif otağında özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Babək rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

# 13701
avatar

Fidan İlqar

Oxşar yazılar