Azərbaycanda QƏTL:  Bıçaqladı, xəstəxanaya apardı...
06 may 2022 18:21 (UTC +04:00)

Azərbaycanda QƏTL: Bıçaqladı, xəstəxanaya apardı...

Lənkəranda qətl hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, rayonun Sütəmurdov kəndində tanışı ilə mübahisə zamanı 27 yaşlı Lənkəran rayon sakini Zakir Əbülfəz oğlu İbrahimzadə sol budundan bıçaqlanıb. Ağır yaralanan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Z.İbrahimzadə orada dünyasını dəyişib.

Hadisəni törədən şəxsin bıçaqladığı Z.İbrahimzadəni xəstəxanaya apardığı və könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olduğu bildirilir.
 

# 2502
avatar

Oxşar yazılar