Azərbaycanda qapısı bərk döyülən qadın polisə şikayət etdi
16 noyabr 2022 14:57 (UTC +04:00)

Azərbaycanda qapısı bərk döyülən qadın polisə şikayət etdi

Göyçayda qadın evinə basqın olduğunu iddia edib.

Lent.az-ın məlumatına görə, Göyçay şəhərində 5 mərtəbəli binanın 3-cü mərtəbəsində tənha yaşayan 72 yaşlı Gülnaz Azayeva Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib. O bildirib ki, binada işıqlar yanıb söndüyü vaxt tanımadığı şəxs qapısını bərk döyüb. Daha sonra həmin şəxs qadından işıqla bağlı narazılığın olub-olmadığını soruşub.

Bundan qorxan qadın da polisə üz tutub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məsələ ilə bağlı Gülnaz Azayevanın DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciəti daxil olub. O, ərizəsində qapının bərk döyülməsindən qorxduğu üçün polisə müraciət etdiyini qeyd edib.

Polis kapitanının sözlərinə görə, naməlum şəxslər tərəfindən qadının evinə silahlı basqın edilməsi və əmlakının talanması ilə bağlı iddialar əsassızdır.

# 3216
avatar

Mehman Nəbiyev

Oxşar yazılar