Azərbaycanda oğul anasına qarşı görün hansı  cinayəti törətdi?
05 sentyabr 2022 16:16 (UTC +04:00)

Azərbaycanda oğul anasına qarşı görün hansı cinayəti törətdi?

Gəncədə ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 31-də şəhər ərazisindəki evlərin birindən 14500 dollar (təxminən 24 min manat) və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibəsinin oğlu V.Səfərov saxlanılıb.

Araşdırma aparılır.

# 2868
avatar

Mehman Nəbiyev

Oxşar yazılar