Azərbaycanda maskalı şəxs evə basqın edib, mənzilə od vurdu:  40 min pul və ...
04 avqust 2022 15:00 (UTC +04:00)

Azərbaycanda maskalı şəxs evə basqın edib, mənzilə od vurdu: 40 min pul və ...

Azərbaycanda maskalı şəxs evə basqın edib. 

Lent.az-ın məlumatına görə, hadisə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində baş verib. 

Kənd sakini Sevinc Süleymanovaya məxsus evə girən maskalı şəxs qadını döyərək evdən 40 min manat pul və külli miqdarda qızıl götürüb.

Maskalı şəxs daha sonra evə od vuraraq qaçıb.

Hadisə yerinə polis əməkdaşları gəlib və ev sahibəsinə təcili yardım göstərilib. 

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir. 
 

# 4941
avatar

Fidan İlqar

Oxşar yazılar