Azərbaycanda itkin düşən qadın axtarılır - FOTO
18 noyabr 2022 15:43 (UTC +04:00)

Azərbaycanda itkin düşən qadın axtarılır - FOTO

Cəlilabad rayonu, Sabirabad kənd sakini, 46 yaşlı Xalidə Xeyrulla qızı Əliyeva noyabrın 15-də saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xalidə Əliyevanın əlamətləri bunlardır: Boyu 155 santimetr, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində boz rəngli köynək və qara rəngli şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

.

# 2103
avatar

Oxşar yazılar