Azərbaycanda istirahət mərkəzində FACİƏ:  məzun çayda boğuldu
15 iyun 2022 14:20 (UTC +04:00)

Azərbaycanda istirahət mərkəzində FACİƏ: məzun çayda boğuldu

Lənkəranda məzun ehtiyatsızlıqdan çayda boğulub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Lənkəranda yerləşən istirahət mərkəzlərindən birində baş verib. Masallı rayonu, Mollaoba kənd məktəbinin məzunları istirahət üçün getdikləri məkanda bədbəxt hadisə ilə üzləşiblər.

Masallı rayonu, Mollaoba kənd sakini, 18 yaşlı Məhəmmədəli Yasin oğlu Əzizlinin ehtiyatsızlıqdan ayağı sürüşüb və həmin məkandan keçən çaya düşərək boğulub.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

# 3516
avatar

Oxşar yazılar