Azərbaycanda iki uşağı ildırım vurdu,  biri öldü
22 sentyabr 2022 16:04 (UTC +04:00)

Azərbaycanda iki uşağı ildırım vurdu, biri öldü

Qazaxda iki uşağı ildırım vurub.

Lent.az-ın xəbərinə görə, Qazax Müalicə Diaqnostika Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib:

“11 yaşlı zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən - 10 yaşlı pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”.

# 4632
avatar

Oxşar yazılar