Azərbaycanda iki gündə 8 nəfər  özünü öldürdü
11 may 2022 17:02 (UTC +04:00)

Azərbaycanda iki gündə 8 nəfər özünü öldürdü

Azərbaycanda mayın 10-u və 11-də 8 intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, onlardan 6-ı özünü asıb, 2-i isə digər üsullarla həyatlarına qəsd ediblər.

Əldə etdiyimiz məlumata görə, Göygöl rayon sakini 39 yaşlı Xaliq İsmayılov yaşadığı Üçtəpə kəndindəki evinin həyətində, Beyləqan rayon sakini 38 yaşlı Hüseyn Həşimov yaşadığı Günəşli qəsəbəsindəki evində, İsmayıllı rayon sakini 61 yaşlı Ağasəf Səlimov yaşadığı evin həyətində, Lerik rayon sakini 22 yaşlı Elnarə Ağalızadə Çayrud kəndindəki evinin həyətində, Beyləqan rayon sakini 57 yaşlı Natiq Mirzəyev yaşadığı evin həyətindəki yardımçı tikilidə, Ağstafada Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Tərlan Əlizadə yaşadığı xidməti binada özlərini asaraq, həyatlarına son qoyublar.

Həmçinin mayın 10-u Xırdalan şəhər sakini 47 yaşlı Hüseyn Pərişani küçədə boğazını kəsərək özünü öldürüb.

Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 30 yaşlı Alimə Cavadova yaşadığı binadan özünü atıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.

İntihar hadisələrinin dəqiq səbəbləri məlum deyil.

Hər bir fakt üzrə rayon prokurorluqlarında araşdırma aparılır.

# 3843
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11