Azərbaycanda evdən 39 min manat pul oğurlandı
18 yanvar 2023 08:36 (UTC +04:00)

Azərbaycanda evdən 39 min manat pul oğurlandı

Gəncədə evdən oğur olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər vətəndaşa məxsus evə daxil olaraq oradan 39 000 manat nağd pul, 10 000 manat dəyərində qab-qacaq, məişət avadanlıqları və 5500 manat dəyəri olan qızıl-zinət əşyalarını oğurlayıblar.

Qeyd edək ki ev sahibi uzun müddət xaricdə olduğundan oğurluğun nə vaxt törədilidyi məlum deyil.

Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

# 1476
avatar

Oxşar yazılar