Azərbaycanda  ər arvadını   öldürdü - YENİLƏNİB
13 mart 2023 23:03 (UTC +04:00)

Azərbaycanda ər arvadını öldürdü - YENİLƏNİB

Gəncədə qadının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Elşən Quliyevin həyat yoldaşı - Tovuz rayonun Alakol kənd sakini 1980-ci il təvəllüdlü Yeganə Hümbətova ilə aralarında mübahisə düşüb.

Bu zaman əsəblərinə hakim ola bilməyən 38 yaşlı kişi həyat yoldaşının ürək nahiyəsinə bıçaqla zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Xatırldaq ki, bu, Yeganə Hümbətovanın ikinci evliliyi olub. Onun birinci  əri bir neçə il qabaq vəfat edib. 

Mərhum ötən il Elşən Quliyevlə ailə qurub. 43 yaşlı qadının birinci evliliyindən bir qızı, bir oğlu olub.  
 

*** 

12.43

Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə prokurorluğa məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı zərərçəkmiş şəxsin, 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.

***

saat 12:27

Gəncədə qətl hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, şəhər ərazisində 38 yaşlı Elşən Quliyev həyat yoldaşı 34 yaşlı Yeganə Hümbətovanı bıçaqla qətlə yetirib.

İlkin məlumata görə, qətl qısqanclıq zəminində baş verib.

# 4143
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11