Azərbaycanda dələduz görün nəyə görə tutuldu?
08 sentyabr 2022 17:22 (UTC +04:00)

Azərbaycanda dələduz görün nəyə görə tutuldu?

Sumqayıtda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi (Dələduzluq) ilə axtarışda olan Samiq İlyasov yaxalanıb.

Ətrafında aparılan tədbirlərlə onun avqustun 30-da Bakı şəhər sakini S.Quliyevə məxsus 2400 manat dəyərində mopedi oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

# 2922
avatar

Mehman Nəbiyev

Oxşar yazılar