Azərbaycanda DƏHŞƏTLİ QƏTL:  Ata oğlunu ürəyindən vurdu
02 may 2022 20:45 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ata oğlunu ürəyindən vurdu

Mayın 2-si saat 19 radələrində Quba rayonu ərazisində 35 yaşlı Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı zərərçəkmişin atası, 65 yaşlı Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
Nüsrət Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

# 5328
avatar

Oxşar yazılar