Azərbaycanda bu gün koronavirusdan ölənlərin sayı məlum olub
23 fevral 2023 20:31 (UTC +04:00)

Azərbaycanda bu gün koronavirusdan ölənlərin sayı məlum olub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 23 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 449 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 183 nəfər müalicə olunaraq sağalıb, 10 111 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.

Ölkədə son sutka ərzində 1293, hazırkı dövrədək isə 7 518 121 test aparılıb.

# 1722
avatar

Oxşar yazılar