Azərbaycanda BÖYÜK ƏMƏLİYYAT:  38 nəfər tutuldu - VİDEO
27 fevral 2023 13:35 (UTC +04:00)

Azərbaycanda BÖYÜK ƏMƏLİYYAT: 38 nəfər tutuldu - VİDEO

️Azərbaycanda narkoşəbəkələrin çökdürülməsi əməliyyatları davam etdirilir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, son 20 gündə 38 nəfər saxlanılıb, 174  kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə tədbirləri polis əməkdaşları tərəfindən gecə-gündüz demədən istənilən hava şəraitində, relyefi mürəkkəb olan ərazilərdə uğurla davam etdirilir. Müxtəlif şərti adlar altında İran İslam Respublikasından  qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən həmin şəxslərin Azərbaycandakı dayaqlarına qarşı Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı 3 mütəşəkkil dəstə, o cümlədən 38 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 174  kiloqram müxtəlif xassəli narkotik vasitə,  psixotrop maddə, elektron tərəzilər və 6 min ədəd ekstazi və metadon həbi çıxarılıb.
Əməliyyatlar zamanı saxlanılan şəxslərdən Malik Ağayev, Kənan Cəfərov, tanışı Alışan Qədirov, Ramil Kərimov və Samir Mahmudov ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olublar. Onlardan Yevlax rayonunda saxlanılan Ramil Kərimovun Gəncə-Qazax regionunda narkotik vasitələrin paylanmasını təşkil edən əsas şəxslərdən biri olduğu müəyyən edilib. Ramil Kərimov diqqət çəkməmək üçün narkotik vasitələri Yevlax rayonunda yerləşən qəbirstanlıqda gizlədib. 

Astara rayonunda 40 kiloqram narkotik vasitə ilə saxlanılan Malik Ağayevin isə külli miqdarda  heroin, metamfetamin və marixuananı İranda yaşayan narkotacirin əmri ilə satmaq məqsədi ilə paytaxt ərazisinə göndərməyi planlaşdırdığı müəyyən edilib. 

Əməliyyatlar nəticəsində bəzi narkokuryerlərin saxlanılmasının real əməliyyat görüntülərini təqdim edirik.

# 2445
avatar

Oxşar yazılar