Azərbaycanda axund faciəvi  şəkildə öldü
19 noyabr 2022 10:36 (UTC +04:00)

Azərbaycanda axund faciəvi şəkildə öldü

Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran gerional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Lent.az-a bildirib ki, hadisə 18 noyabr saat 19 radələrində Lənkəran rayon Mamusta kəndində baş verib:

"Rayon sakini S. Abbasov idarə etdiyi motosikletlə hərəkətdə olarkən piyada qismində olan həmin kəndin sakini 47 yaşlı Əkrəm Hüseynovu vurub. Qapalı kəllə beyin travması alan Ə.Hüseynov xəstəxanaya çatdırılıb, lakin bir neçə saatdan sonra orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır".

Qeyd edək ki, Ə. Hüseynov rayonun Kosalar kənd məscidinin axundudur.

# 2622
avatar

Oxşar yazılar