Azərbaycanda avtobus kanala aşdı, sərnişin öldü
28 iyun 2022 12:23 (UTC +04:00)

Azərbaycanda avtobus kanala aşdı, sərnişin öldü

Qubada ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə iyunun 27-də saat 22 radələrində rayonun Hacıhüseynli kəndi ərazisində baş verib. Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb.

Nəticədə sürücü sudan çıxarılıb, sərnişini Rəvan Əmirov isə suda boğulub.

# 2922
avatar

Mehman Nəbiyev

Oxşar yazılar