Avtomobilin vurduğu piyada XƏSTƏXANADA ÖLDÜ
03 sentyabr 2022 10:52 (UTC +04:00)

Avtomobilin vurduğu piyada XƏSTƏXANADA ÖLDÜ

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsində baş verib.

33 yaşlı Əsgərov Vasif Ələsgər oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə 72 yaşlı Cəfərov Rüstəm Poluş oğlunu vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 1308
avatar

Mehman Nəbiyev

Oxşar yazılar