Avtomobil piyadanı ağır yaraladı  
18 iyun 2022 05:12 (UTC +04:00)

Avtomobil piyadanı ağır yaraladı  

Bakının Binəqədi rayonunda yolu keçən piyadanı avtomobil vurub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində baş verib.

1964-cü il təvəllüdlü Hüseynov Elşad Zülfüqar oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
 

# 1449
avatar

Oxşar yazılar