kanala aşan avtomobil
06 noyabr 2022 11:00 (UTC +04:00)

kanala aşan avtomobil

Avtomobil kanala aşdı - Ölənlər var - FOTO - YENİLƏNİB

Sabirabadda "Mercedes" markalı avtomobilin kanala aşması nəticəsində ölənlər və yaralananların şəxsiyyəti məlum olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində sürücü, Beyləqan rayonunun Yeni Mil-qəsəbə sakini, 27 yaşlı Vəlizadə Elman Mürşüd oğlu və avtomobildə olan sərnişin Ağcabədi rayonunun Xocavənd kənd sakini, 61 yaşlı Nəsirova Məhbubə Əşrəf qızı suda boğularaq ölüblər.

Digər sərnişinlər - Beyləqan rayonunu Yeni Mİl qəsəbə sakinləri olan sürücünün atası 40 yaşlı Vəliyev Mürşüd Elman oğlu, anası 39 yaşlı Vəliyeva Zülfiyyə Əlağa qızı və sürücünün nişanlısı Ağcabədi rayonunun Xocavənd kənd sakini, 16 yaşlı  Nəsirli Əsmər Bakir qızı yüngül xəsarətlər alıblar.

***

saat 10.00

Sabirabadda avtomobil kanala aşıb, 2 nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil kanala aşıb. Nəticədə 2 nəfər suda boğulub, 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 5043
avatar

Oxşar yazılar