Atasının təzyiqinə görə intihar edən məktəbli ilə bağlı ARAŞDIRMA BAŞLADI
28 iyul 2022 11:33 (UTC +04:00)

Atasının təzyiqinə görə intihar edən məktəbli ilə bağlı ARAŞDIRMA BAŞLADI

Şərurda baş verən intihar araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Şərur rayon sakini, 2005-ci il təvəllüdlü Rzayeva Laçın Ümman qızının iyulun 23-də yaşadığı evin həyatyanı sahəsindəki bağda özünü asaraq intihar etməsi faktı ilə bağlı hazırda Şərur rayon prokurorluğunda araşdırma aparılır. 

Qeyd edək ki, mətbuatın yazdığına görə, Şərur rayonunun Zirvə kənd sakini Laçın Ümman qızı Rzayeva imtahan nəticələrinin zəif olduğu üçün valideynlərinin təzyiqlərinə dözməyərək intihar edib.

İddiaya görə, ata evdən çıxarkən “Mən işdən qayıdınca özünü öldür” deyib, övladı isə bunu ciddi qəbul edib.

# 6399
avatar

Oxşar yazılar