Alabay polisi parçaladı
16 mart 2023 14:12 (UTC +04:00)

Alabay polisi parçaladı

Vladimir şəhərində polis kapitanı aqressiv alabay cinsli itin “saxlanması” zamanı çoxsaylı yaralar alıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Patriarx bağlarından bir qədər aralıda baş verib. Yerli sakinlərin dediyinə görə, inspektor küçədə qaçan alabayı silah istifadə etmədən saxlamağa çalışıb.

Bir müddət sonra polis iti tutub. Heyvanla “döyüş” zamanı o, çiynindən, qolundan, üzündən və bədəninin digər nahiyələrindən çoxsaylı dişləmələr alıb. Polis xəstəxanaya yerləşdirilib.

İtin 52 yaşlı sahibi isə məsuliyyətə cəlb edilib.

# 1737
avatar

Oxşar yazılar