Ağdaşda kanalda batan şəxsin meyiti sudan çıxarıldı
04 sentyabr 2023 15:00 (UTC +04:00)

Ağdaşda kanalda batan şəxsin meyiti sudan çıxarıldı

Sentyabrın 3-də Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Bulaqotağı kəndi ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

# 1980
avatar

Oxşar yazılar