Abşeronda "Mercedes" qadını vurub öldürdü
20 yanvar 2023 12:14 (UTC +04:00)

Abşeronda "Mercedes" qadını vurub öldürdü

Abşeronda yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb. 65 yaşlı Bakı şəhər sakini Sadıxov Fikrət Balamirzə oğlu idarə etdiyi “Mersedes” markalı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 60 yaşlı Sumqayıt şəhər sakini Abdullayeva Pərvanə Əmircan qızını vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 1575
avatar

Mehman Nəbiyev

Oxşar yazılar