8 aylıq hamilə qadın dünyasını dəyişdi
17 yanvar 2023 08:20 (UTC +04:00)

8 aylıq hamilə qadın dünyasını dəyişdi

Göyçay rayonunda hamilə qadın yaşadığı evdə qəflətən dünyasını dəyişib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb. 
Kənd sakini, 26 yaşlı Kərimova Fidan Müzəffər qızı evin hamam otağında olarkən qəflətən halı pisləşib və yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyünü görüblər. 

Qeyd edək ki, 8 aylıq hamilə olan Fidan Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomoya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.  Həkimlər müayinə zamanı dölün də tələf olduğunu aşkar ediblər.
 

# 3090
avatar

Oxşar yazılar