Bakıda DƏHŞƏT: Piyadanı bir maşın vurdu,  digəri üstündən keçdi
04 oktyabr 2022 22:43 (UTC +04:00)

Bakıda DƏHŞƏT: Piyadanı bir maşın vurdu, digəri üstündən keçdi

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib.

Avtomobil təmiri sexində çalışan şəxs piyadalar üçün müəyyən edilməyən yoldan keçərkən onu əvvəlcə əks yoldan keçən “Hyundai” markalı avtomobil vurub. Piyada zərbənin təsirindən Orxan Əliyevin idarə etdiyi “Toyota”ya çırpılıb.

Zərbədən piyada yerə yıxılıb və bu zaman eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı digər maşın piyadanın üzərindən keçib. Zərbələrin təsirindən tanınmaz hala düşən piyadanın kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb edilib.

 Hazırda piyadanı birinci vuran avtomobilin axtarışı aparılır.

Faktla bağlı avtotexniki ekspertiza aparılır.
 

# 3738
avatar

Oxşar yazılar