20 kilo narkotikin İrandan gətirilməsinin qarşısı alındı - FOTO
01 fevral 2023 11:16 (UTC +04:00)

20 kilo narkotikin İrandan gətirilməsinin qarşısı alındı - FOTO

İranla sərhəddə külli miqdarda narkotik aşkarlanıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 20 kiloqram 400 qram narkotik vasitənin və 300 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Yanvarın 30-da saat 14:10-da Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 ədəd bağlamada ümumi çəkisi 12 kiloqram 400 qram narkotik vasitə marixuana, saat 21:30-da İmişli rayon Bəhrəmtəpə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 ədəd bağlamada ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuana və 300 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

# 1110
avatar

Oxşar yazılar