17 yaşlı gənc itkin düşdü - AXTARILIR
15 yanvar 2023 12:22 (UTC +04:00)

17 yaşlı gənc itkin düşdü - AXTARILIR

Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyev dünən təxminən saat 17 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-a bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə də məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən onun tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir.

# 2523
avatar

Oxşar yazılar