15 maşın bir-birinə girdi, ölənlər var - FOTO
07 yanvar 2023 16:28 (UTC +04:00)

15 maşın bir-birinə girdi, ölənlər var - FOTO

Türkiyədə zəncirvari yol qəzası olub.

Lent.az yerli mediaya istinadən bildirir ki, hadisə Kırşehir-Kırıkkale yolunda qeydə alınıb. 15 avtomobil bir-birinə çırpılıb. Nəticədə 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Məlumata görə, hadisəyə səbəb müşahidə olunan güclü dumandır.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

# 2115
avatar

Oxşar yazılar