13 yaşlı  oğlanı qatar vurdu
26 fevral 2023 10:40 (UTC +04:00)

13 yaşlı oğlanı qatar vurdu

Moskva Dəmiryolunun Bulatnikovo stansiyası yaxınlığında “Aeroekspress” qatarı 13 yaşlı şagirdi vurub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə fevralın 25-i günorta saatlarında baş verib. Təsadüfən yoldan keçən şəxs elektrik qatarının uşağı vurmasının şahidi olub, hadisə yerinə təcili yardım və polis çağırıb. Altıncı sinif şagirdi Morozov uşaq xəstəxanasına yerləşdirilib.

Həkimlər ona döş qəfəsinin zədələnməsi, çanaq sümüklərinin sınığı və ağrı şoku diaqnozu qoyublar. Həkimlər azyaşlının həyatı üçün mübarizə aparırlar.

# 1653
avatar

Oxşar yazılar