"Global Finance" Azərbaycanın ən yaxşı bankını müəyyən edib ®
19 mart 2020 14:19 (UTC +04:00)

"Global Finance" Azərbaycanın ən yaxşı bankını müəyyən edib ®


Maliyyə dünyasının nüfuzlu nəşrlərindən “Global Finance” jurnalı müxtəlif regionlar üzrə dünyanın ən yaxşı banklarının siyahısını açıqlayıb. Bölgənin aparıcı maliyyə qurumlarından olan Azərbaycan Beynəlxalq Bankı da ən yaxşı bank seçilib. Bank bu mükafata uğurlu fəaliyyət göstəricilərinə, müştəri ehtiyaclarına uyğun həyata keçirdiyi strateji layihələrə görə layiq görülüb. “Global Finance” bu ilin ən yaxşılarını müəyyənləşdirməkdən ötrü seçimi dünyanın 150-dən çox ölkəsinə aid banklar arasında aparıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, nəşrin müxtəlif regionlardan müəyyən etdiyi ən yaxşı banklar sırasında Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, “Credit Suisse” (İsveçrə), “Akbank” (Türkiyə), ING (Niderland), “Alfa-Bank” (Rusiya), “Barclays” (Böyük Britaniya), “UniCredit” (İtaliya) və digər banklar da yer alıb.

Qeyd edək ki, “Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 188 ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır. Bu zaman hər bir bankın aktivlərinin həcmi və böyümə dinamikası, mənfəətliliyi, əlçatanlığı, strateji əlaqələri, biznesi inkişaf etdirməsi, innovativliyi və s. mühüm meyarlar kimi nəzərə alınır.

“Global Finance” jurnalının “Ən yaxşı bank” seçdiyi Azərbaycan Beynəlxalq Bankı 2022-ci ilə qədər olan strateji hədəflərini ötən ilin sonlarından ictimaiyyətə elan edib. Korporativ və pərakəndə seqmentdə liderlik, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində rəqabətədavamlı bazar payı, rəqəmsal bankçılıq, yüksək müştəri məmnuniyyəti, nağdsız ödənişlərə dəstək, maliyyə sektorunda ən yaxşı işəgötürən olmaq bankın əsas strateji hədəflərinə daxildir. Bu hədəflərə çatmaq üçün bank hazırda çoxşaxəli layihələr  həyata  keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820
avatar

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19