Rza Zərrab və onun ətrafı ilə bağlı yeni xəbərlər yayılmaqdadır. Lent.az-ın «habertürk»-ə istinadən məlumatına görə, onun «rəis» deyə müraciət etdiyi İran vətəndaşı Babək Zəncani ABŞ və Avropa Birliyinin «qara siyahısına» düşməzdən öncə Türkiyədəki «Kont group» və «Kozmetik»-i Mərvi İrmaka yetişib.
«Kont group» və «Kozmetik» şirkətin 2011-də Tacikistanda aldığı «Kont bank» apreldə Zəncaninin başqa şirkətləri ilə birlikdə ABŞ-ın sanksiyalar siyahısına alınıb. İrmak «Kont group» və «Kozmetik»-i bu ilin fevralında dövriyyəyə alıb.
İrmak 1979-cu ildə anadan olub. O, Babək Zəncani ilə bir neçə dəfə görüşdüyünü deyib.
Zənacani 2007-ci ildə «Kont group»-u və «Kozmetik»-i qurub. 200 min Türkiyə lirəsi dəyərində sərmayənin 198 min lirəyə bərabər hissəsi ona, 2 mini isə iranlı Sora Əsədi Aid olub. 2013-cü il yanvarın 2-də 200 min lirədən sərmayə 6 milyonadək artıb. Sərmayədə B.Zəncaninin payı 5 milyon 998 min lirə çatıb. Əsədi yenə az paylı ortaq qalıb.
İqtisadiyyat naziri Zəfər Çağlayan bu il sentyabrda ABŞ –a səfəri zamanı etdiyi danışığı da gündəliyə gəlib. O, ABŞ Babək Zəncaninin ortağı olduğu «Onur Air»-lə bağlı təminat verib.
B.Zəncaninin ortaqlarından biri də Türkiyənin keçmiş idman naziri Haluk Ulusoydur. Ulusoy məsələ ilə bağlı bu gün, dekabrın 24-də açıqlama verəcəyini bildirib.