Yer sürüşməsi 31 nəfərin ölümünə, 450 nəfərin itkin düşməsinə səbəb oldu
03 oktyabr 2015 21:23 (UTC +04:00)

Yer sürüşməsi 31 nəfərin ölümünə, 450 nəfərin itkin düşməsinə səbəb oldu

0

Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş yer sürüşməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb, daha 450 nəfər itkin düşmüş hesab olunur.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yer sürüşməsi qəsəbənin “Kabray-2” rayonunu tamamilə dağıdıb.

 

Ölənlər arasında 5 uşağın olduğu bildirilir, müxtəlif xəsarətlər almış 36 nəfər xəstəxanalara yerləşdirilib.  

 

Təbii fəlakətə səbəb intensiv leysan yağışları olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar